Dəyişilir
Dəyişilir Müəllif: Əli Nəzmi |
Hər "moda", hərnəsnə, həradəm, qərəzhər şey kivar,
Fikir, surət, dil və mənsəb, tərzi-əşkal, ixtiyar,
Rənc, rahət, sülh qovğa, xəndə, giryə, dust, yar,
Əyd, matəm, şadi və ğəm, hərb, meydan dəyşilir.
Ad, üsul, iş, dəb, məslək, söz, suxəndən dəyşilir,
İştə bu iyirminci qərn, əfkar asan dəyşilir,
Hər kar asan dəyşilir, Abad, viran dəyşilir.