Dağıtsam hər tərəf zülfi-səmənsanı, ağan canı

Dağıtsam hər tərəf zülfi-səmənsanı, ağan canı
Müəllif: Qəmərbəyim Şeyda
Mənbə: Anar. Min beş yüz ilin oğuz şeri. Antologiya, I kitab (az.). Bakı: "Azərbaycan". 1999. 2017-07-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-07-08.


Dağıtsam hər tərəf zülfi-səmənsanı, ağan canı,
Giriftar eyləıəm sen kimi Zibanı, ağan canı.

Əgər olsan gözəllikdə bərabər mahi-tabanə,
Sənə xurşid olan ruyim olar mane, ağan canı.

Sənin tək yüz ola Ziba, mənim bir muyimə çatmaz,
Cemalım Yusifi-Misri edib fani, ağan canı

Məlahət gülşənində bir güləm qönçə libasmda,
Açılsam gər tutar qovğa bu dünyam, ağan canı.

Lətafət mülkünün sultaniyəm, sen kimi Zibalər,
Kənizi-mətbeximdir, et tamaşanı, ağan canı.

Ləbi şekər, sözü şirin bu Şeyda tək hərifın var,
Əgər mümkün ola tərk et bu sevdam, ağan canı.