Dağlar (Aşıq Şirin)
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın. |
Dağlar Müəllif: Aşıq Şirin |
Kişilər, ağalar, ər oğlu ərlər,
Qarışdı, əridi dumana, dağlar.
İnsafın yoxdumu niyə söz verdin,
Yağıya, murdara, yamana, dağlar.
Sinəmdə dağ-düyün yaşın bu vaxtı,
Mərdin günü keçdi, çevrildi taxtı.
Fələyin alovu yandırdı, yaxdı,
Gəlmişəm əlindən amana, dağlar.
Əyləşib bir yerdə ala bilmirəm,
Söz ilə təsəlli ala bilmirəm.
Şirinəm sazımı çala bilmirəm,
Sən gətir bir məni imana, dağlar.