Dağlar (Aşıq Molla İsmayıl)

Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Dağlar
Müəllif: Aşıq Molla İsmayıl
Mənbə: Qara Namazov (2013). Ozan-aşıq sənətinin tarixi (az). AMEA Folklor İnstitutu. Orijinal mənbədən 2016-04-23 tarixində arxivləşdirilib. Yoxlanılıb 2016-08-11.

Didəmin qanlı yaşından,
Şahbuz yatmaz göz yaşından,
Dumanı getməz başından,
Baharı qış olan dağlar!

Biçarə İsmayıl özüm,
Haqq yanında ötgün sözüm,
Beş qardaşın biri özüm,
Viranə qal, talan, dağlar!