Dağlar (Katibi-XVII əsr)
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın. |
Dağlar (Katibi-XVII əsr) Müəllif: Katibi (?-1650) |
Mənbə: Anar. Min beş yüz ilin oğuz şeri. Antologiya, I kitab (az.). Bakı: "Azərbaycan". 1999. 2017-07-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-07-08. |
Əvvəl baharda açılır
Qönçə-qönçə gülün, dağlar.
Can ilə sərden keçilir
İçildikcə mülün, dağlar.
Araya-araya buldum
Sənə endim, aram qıldım.
Ziyarət etməyə geldim
Məmləkətin, elin dağlar.
Gözüm ulduzlara baxar,
Önümüzdə duman çöker,
Cuşi-xuruş edib axar
Bozbulamq selin dağlar.
Qönçədir güllerin, solmaz,
Yanndan aynlan gülməz,
Katibi der: tebir olmaz,
Açılmaz sünbülün dağlar.