Zimistan dolanıb bahar çatanda,
Al-yaşıl geyinib, bar olan dağlar.
Şaqayıq, nərgizli, gül bənövşəli,
Süsəni, sünbülü var olan dağlar.
Xoş fəslin bahardır, ağır el gəlir,
Açılıb qönçədən lalə, gül gəlir.
Könül, qəmgin olma, əhli-dil gəlir,
Sinəsində aşna, yar olan dağlar.
Bəzənirsən, dağlar, nə gözəl, göyçək,
Çağırır bir-birin qərənfil, çiçək,
Sədrində seyr edir top qara birçək,
Bələnib qumaşa car olan dağlar.
Baharla eylədin əhdinə vəfa,
İman da sinəndə sürdü çox səfa.
Zimistan gələndə çəkirsən cəfa,
Üç ay qışda başı qar olan dağlar.