Dağlar (Nəbi Miskin)

Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
%50 tamamlandı
Dağlar
Müəllif: Nəbi Miskin
Mənbə: Səməndər Məmmədov. "Şair Nəbi Miskin – 140: Mən Nəbiyəm, aşıqların zəriyəm". Azərbaycan Aşıqlar Birliyi (az.). "Ozan dünyası" jurnalı. 2013. 2016-08-09 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-08-09.

Duman-çiskin ətrafını bürümüş,
Gahdan bir açılar talalı dağlar.
Əlvan çiçəklərin zənbur müşəsi,
Qondarı pətəhdən bal alı dağlar.

Səhər-səhər dan yelləri əsəndə,
Şərbət bulaqların tən edər qəndə,
Yığılar gözəllər, dövr edər səndə,
Çiçəkli, çəmənli gül olu dağlar.

Aşılıb nəbahət hər rəngi güldü,
Ötüşü bülbüllər nə şirin dildi,
Ayaqdan başına üç mənzil yoldu,
Köhlən ayağından nal alı dağlar.

Köçüb elləe yurddan-yurda qonubdu,
Sürüb safasını heyran qalıbdı.
Pəhləvanlar səndə məskən salıbdı,
Bəllidi hasarın, qalalı dağlar.

Şair Nəbi səndə gəzdi bir zaman,
Çəkilməz sərindən çiskinli duman.
Çuxur, Günavarda bənövşə, reyhan,
“Süsənli, sünbüllü, lalalı dağlar”.