Dağlar (Qara Kərim)
Dağlar Müəllif: Qara Kərim |
Köçübdü ağır elləri,
Batıbdı qəm-yasa dağlar.
Qara qışı uzun çəkər,
Yazı-yayı qısa dağalar.
İki sevgi fəraq kimi,
Haqq keçirmiş çıraq kimi,
Bağban əl çəkmiş bağ kimi,
Qalıbdı mirasa dağlar.
Dağlar yenə öyünübdür,
Gül-nərgizin soyunubdur,
Kərim kimi bürünübdür
Bir qara libasa dağlar.