Dağlar aşarmı
Dağlar aşarmı Müəllif: Aşıq Şivğa |
Mənbə: "Azərbaycan Aşıqlar Birliyi: Ozan dünyası. №4(11)" (PDF) (az.). "Ozan dünyası" jurnalı. 2012. 2017-05-18 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-05-18. |
Atı üryan, kəndi üryan olan da
Zəhmər ayda qarlı dağlar aşarmı?
Öksüzün yarası dərin olanda
Kimsə neştər vurub onu deşərmi?…
Şivğa sözü nəsihətdir bilənə,
Hər keş öz dinincə namaz qılana,
Qəlbi, xülqü sidqi-təmiz olana
Cənnət yolu bir cəddədir, şaşarmı?