Dağlar ilə taşlar ile çağırayın, Mövlam, səni
Dağlar ilə taşlar ile çağırayın, Mövlam, səni Müəllif: Yunus Əmrə |
Mənbə: Yunus Əmrə. Əsərləri (PDF) (az.). "Öndər". 2004. ISBN 9952-416-00-7. 2017-05-25 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-05-25. |
Dağlar ilə1 taşlar ile çağırayın, Mövlam, səni,
Səhərlərdə quşlar ilə çağırayın, Mövlam, səni.
Su dibində mahi ilə, səhralarda ahu ilə,
Abdal olub yahu ilə çağırayın, Mövlam, səni.
Gög yüzində İsa ile, Tur tağında Musa ile,
Əlindəki əsa ilə çağırayın, Mövlam, seni.
Derdi öküş Əyyub ilə, gözi yaşlu Yə’qub ile,
Ol Mühəmməd məhbub ile çağırayın, Mövlam, səni.
Hemdü şükri Allah ilə, vəsfi “qul huvəllah’’ ile,
Daima zikrüllah ilə çağırayın, Mövlam, səni.
Bilmişəm dünya halını, tərk etdüm qiylü qalım,
Baş açuq, ayaq yalını çağırayın, Mövlam, seni.
Yunus oqır dillər İlə, ol qumn bülbüllər ile,
Həqqi sevən qullar ilə çağırayın, Mövlam, səni.