Dağlara çən düşəndə
Dağlara çən düşəndə Müəllif: Şifahi xalq ədəbiyyatı |
Dağlara çən düşəndə,
Sünbülə dən düşəndə,
Ruhum bədəndə oynar, bala,
Yadıma sən düşəndə.
Dağları gəzdim gəldim,
Daşların üzdüm gəldim.
Yarımı bivəfa görüb,
Əlimi üzdüm gəldim.
Dağların qarı mənəm,
Gün vursa, ərimərəm.
Qəbrim quzeydə qazın,
Cavanam çürümərəm.