Daşlar doğan və daşlara sitayiş edən qadın
Dağlar doğan və daşlara sitayiş edən qadın Müəllif: Şifahi xalq ədəbiyyatı |
Mino torpağının Katakata mahalındakı Kusumi kəndində
Aqata nəslindən olan bir qız yaşayırdı. Qızın iyirmi yaşı tamam
olmuşdu, amma tək-tənha yaşayırdı və qızlığını itirməmişdi. İş
elə gətirdi ki, qız öz-özünə hamilə qaldı. Üç il keçdi və hökmdar
Kammunun hakimiyyəti zamanı, Əbədi Salamatlıq erasının
birinci ilinin yayında, donuz ilinin ikinci ayının sonunda qız iki
daş doğdu. Daşlar beş sunluq idi. Biri ağ-mavi, digəri mavi rəngə
çalırdı. Onlar ilbəil böyüyürdülər.
Katakatanın qonşuluğundakı Atsumi mahalında Ulu tanrı İnaba yaşayırdı. O, gələcəkdən xəbər verən kahin arvad ruhuna girdi və dedi: “Bu iki daş – mənim övladlarımdı”. Buna görə də arvad daşların ətrafına müqəddəs çəpər çəkdi və onlara sitayiş eləməyə başladı.
Qədimlərdən indiyə kimi belə möcüzələr eşidilməyib. Bu möcüzə müqəddəs sülalənin hökmdarlıq elədiyi ölkədə baş vermişdi