Dad istibdaddan
Müəllif: Məhəmməd Hadi
Mənbə: Anar. Min beş yüz ilin oğuz şeri. Antologiya, I kitab (az.). Bakı: "Azərbaycan". 1999. 2017-07-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-07-08.

Qaldıq əlində bir sürü ərbabi-vəhşətin,
Olduq əsiri pənceyi-qəhrii müsibətin!
Hər səmtdən atılmadadır tiri-cangüdaz,
Yoxdur önün alan bu xəndəgi-fəlakətin!..
“Ləyəsəl”in məalına meydan olub vətən,
Keyfi idarələrdə nə kan ədalətin?!
Hər yerdə eyləyir sitəm icra hökmünü,
İşte budur nizami kilabi-dənaətin!
Hər kəs nə bilsə etsin, əvət... kimsə dinməsin,
Məmnu, dur denilməsi sidqin, həqiqətin.
Ehraq olundu zülm ilə nazəndə şəhrlər,
Yaxmaqdadır cahanlan ahi cəmaətin.
Bari-girani-zəhmətə yox səbri qullann,
Yarəb, nədir bu rütbə təhəmmüldə hikmətin?
Qan ağlayır əhali, könüllər cərihədar,
Gülməzmi, ey xuda, yenə rüxsari-rəhmətin?
Hər kimsə öz mənafeyi-şəxsiyyəsin arar,
Əshabi-fəqr olmada qurbanı xillətin.
Minlərcə binəva qum yerlərdə can verir,
Beş-on ləim naili dəryayi-nemətin.
Hər kəs gərək bərabər ola hər hüquqda,
Ehsanıdır bu ərz bizə dəsti-qüdrətin.
Mənsux olunsa qaideyi-keyfəmayəşa,
Tərtil edilsə ayəsi şurayi-ümmətin.
Kəsbi-səadət eyləriz, azadi-qəm olub,
Məsudluqla ömr edər əfradı millətin.
Qəti-ümid etməyərək kuşiş eyləyin,
Eylər cibalı qəlhümməti ərbabi-qeyrətin.
Həmdəsti-ittifaq, olunuz, ey rəfiqlər!
Birlikdə fəth olur sizə babi səadətin.
Xabi-nifaq saldı bizi bu səfalətə,
Məhkum qıldı cümləmizi qeydi-möhnəte.