Dalğalanır üç rəngli şanlı bayrağımız

Dalğalanır üç rəngli şanlı bayrağımız! (1993)
Müəllif: RAUF CAVAD

Dalğalanır üç rəngli şanlı bayrağımız!
Yaşayır qəlblərdə Ad-sanlı bayrağımız!

Verib canı insanlıq yoluna igidlər,
Bulaşıb al-qanına, qanlı bayrağımız!

Qaldırın göylərə üç rəngli bayrağımı!
Görsənsin ay-ulduz nişanlı bayrağımız!

Var o bayrağda əcəb Türk qırmızı qanı,
Boyanıb göy rəngə imanlı bayrağımız!

Yaşıl rəngi əks etdirir din-imanımız,
Olmaz Əsla qul, dəliqanlı, bayrağımız!

Gör nə qədər qan töküb bu vətənçün kimlər!
Qurban olub can, həyacanlı, bayrağımız!

Vətən-bayrağ varsa əgər, yaşayır insan!
Gəl bu hikməti qan ərkanlı, bayrağımız!

Öldürün məni murdarlar, ölməz ki, bu can!,
Hər könüldə var Rauf canlı bayrağımız!