İsmin üç hərf eylərəm bəyan:
"Mim"di, "nun"du, "sin" yazılıb dal-dala.
Mən aşığam dal-dala,
Bayqu gəzər dal-dala.
Açılıb yaxan bəndi,
Çək, turuncun daldala!
Sədrin üstə şux məmələr görünür,
Bədnəzərdən pünhan elə, daldala!
Sürmə çək qaşına nə qara yaxşı,
Ağ üstdən yazıla nə qara yaxşı.
Mən aşığam nə qara,
Gözlərindi nə qara.
Həsrətindən Məcnunam,
Günüm olub nə qara.
Saçların görəndə nə qara, yaxşı!
On dörd hörük çin-çin düşüb dal, dala.
Ələsgərəm, mən də nişana qoydum,
Təmiz ad saxladım, nişana qoydum.
Mən aşığam nişana,
Zülf üzündə nişana.
Sinəmə dağ çəkilib,
Qaldı elə nişana.
Sərimi qarşına nişana qoydum,
Əsirgəmə, at oxların dal-dala.