Daldala sin-sin
Daldala sin-sin (1898) Müəllif: Ağdabanlı şair Qurban |
Mənbə: Ağdabanlı şair Qurban. "Qumrutək ləhcəli, xoşxandı Qurban". Bakı, "Elm və təhsil", 2012. səh.369 |
Sədası, ləhcəsi nə şirin əsəl,
Səs çəkər - qaqqıldar daldala, sin-sin.
Dərs alan dərk eylər sinayəsinə,
Dahanda dəndənin dal-dala sin-sin.
Saildi sərində sədaqə sinə,
Aydır işıq salan sədaqəsinə.
Alnında telinin sədaqəsinə -
Aşiqi sədrində daldala, sin-sin.
Qurban, xəstə dilin narə tez yetir,
Sızıldar, çəkər ah, narə, tez yetir.
Xaini səqərə, narə, tez yetir,
Hərcayının sirrin daldala, sin-sin.