Danışma, zahid, əgər söz eşitmədim, - sənə nə

Danışma, zahid, əgər söz eşitmədim, - sənə nə
Müəllif: Məhəmməd Hidəci
Mənbə: Tərtib edəni: Zaman Əsgərli. "XIX əsr Azərbaycan şeiri antologiyası" (PDF). Milli Kitabxana (az.). "Şərq-Qərb". 2005. 2016-03-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-08-13.

Danışma, zahid, əgər söz eşitmədim, - sənə nə?
Mən öz xudamə günah etdim, etmədim, - sənə nə?

Xuda behişti-bərini sənə verib, - mənə nə?
Sənin gümanıma, mən kamə yetmədim, - sənə nə?

Neçün səni söyərəm, getmişəm kəlisayə,
Deyildi Kəbə nəsibimdə, getmədim, - sənə nə?

Mənə əgər dedilər: Gəl qılaq dalıda namaz,
Baxıb səlahıma, bu əmrə bitmədim, - sənə nə?

Dedin: Mən eyləmərəm, iltifat dünyayə,
Yeritdim öz sözümü, ya yeritmədim, - sənə nə?