Daradı
Daradı Müəllif: Şair Məmmədhüseyn |
Mənbə: Şair Məmmədhüseyn. "Nur çeşməsi" (PDF) (az.). Elm və təhsil. 2018. İstifadə tarixi: 2018-09-20. |
Uydum bu dünyanın olan gəştinə,
Dedim ki, göstərməz mənə dar, adı.
Aldadıb, aldadıb axır günümdə,
Sındırıban qol-budağım daradı.
Atdı qürbət elə, saldı çənginə,
Naxələf kəslərin düşdüm cənginə.
Fələyin hökmü nə, onun cəngi nə?
Demə meyli bəd işədi, daradı.
Bir salıbsan, bir də salma azara,
Gəlmişəm əlindən zara, a zara.
Qara iqbal, Məmmədhüseyni az ara,
Yaman durub gözlərimə dar adı.