Rəvayətlər. Daraqçin
Müəllif: Şifahi xalq ədəbiyyatı


Qoca bir kişinin gözəl, həyalı bir gəlini var imiş. Bir neçə vaxt keçir, gəlin hamilə olur. Qayınata evdə olmayanda gəlin su gətirib uzun qara saçlarını yumağa başlayır. Saçını daradığı vaxt qayınatası evə gəlir. Gəlin darağı saçına taxır, əllərini göyə qaldırıb deyir:

– İlahi, məni ya daş, ya da quş elə.

Söz gəlinin ağzından çıxar-çıxmaz quş olub göyə uçur. O həmin quşdur ki, indi də darağını başında gəzdirir. Ona Şanapipik, Daraqçin deyirlər.

Mənbə

redaktə