Davalar (Molla Cuma)

Davalar
Müəllif: Molla Cuma
Mənbə: Azərbaycan Aşıqlar Birliyi. "Ustad nəfəsli saz-söz ərməğanı" (PDF) (az.). “Zərdabi Nəşr” MMC nəşriyyatı. 2020. 17 iyun 2023 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 17 iyun 2023.

 
Namərdinən mərddən xəbər söyləyim,
Namərd öz könlündə mənlik davalar.
Mərd olan al geysə, yekəlik bilməz,
Namərd şilə geysə, xanlıq davalar.

Ayıb olmaz mərdin heç nərəsində,
Əslində, bətnində, nə zərrəsində.
Namərd çavuş olsa kənd arasında,
Gedər o, divandan donluq davalar.

Cumanın göftarı arifə busat,
Mərdinən dolanmaq asanddı, asand.
Namərdin əlinə keçsə bir fürsət,
Qəpiyin yerinə onluq davalar.