De, danış
Müəllif: Əndəlib Qaracadaği
Mənbə: Anar (1999). Min beş yüz ilin oğuz şeri. Antologiya, I kitab. (az). Bakı: "Azərbaycan". 2017-07-08 tarixində arxivləşdirilib. 2017-07-08 tarixində istifadə olunub.

Dolanım başma, olum qurbanın,
Ala gözlü yanm, indi de, danış!
Billah sənə qurban olmaqdır peşəm,
Yoxdur menim özge karım, de, danış!

Çem-xəm ilen soyunmağın, yatmağm,
Hərden gözün qıyıb, qaşın atmağın,
Şirin-şirin nazü işvə satmağın,
Əldən alıb ixtiyanm, de, danış!

Ey kani-məlahət, mədəni-hünər,
Şəmi-vəchin salıb canıma şərər.
Bəs ki, eşq atəşi olub şöləvər,
Nə səbrim var, nə qəranm, de, danış!

Zülməti-hicrində keçmişəm candan,
Dönmərəm sənin tək nuri-cahandan.
Sən mən ilə kəmlütf olan zamandan,
Qara keçir mziganm, de, danış!

Bir bülbül oxurdu gül budağında:
- Gərək səbr eyləmək yar fərağmda.
Əndəlibəm, qışın belə çağında -
Sənsən mənim gülüzanm de, danış!