De bir üz, bir üz (Aşıq Musa)
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın. |
De bir üz, bir üz Müəllif: Aşıq Musa |
Mənbə: Qara Namazov, "El çələngi" (xalq şeirindən seçmələr), Bakı, 2004. |
Arif olan, diqqət elə, fəhm elə,
Qövr eylədi yaram de bir üz, bir üz.
Fələk saldı məni hicran xəstəsi,
Yatıram yan yerdə de bir üz, bir üz.
Yaralıyam, çətin qallam bu yaza,
Ərz eliyəm, dərdi-dilim bu yaza.
Yetir xəbərimi gərdən bəyaza,
Görünsün gözümə de bir üz, bir üz.
Aşıq Musa, səni dərd az alımı?
Görüm düçar olsun dərdə zalımı!
Dərmansız xəstədən dərd azalımı?
Loğman tək deyirəm de bir üz, bir üz.