Dedi (Şair Məmmədhüseyn)

Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Dedi (Şair Məmmədhüseyn)
Müəllif: Şair Məmmədhüseyn
Mənbə: Şair Məmmədhüseyn. "Nur çeşməsi" (PDF) (az.). Elm və təhsil. 2018. İstifadə tarixi: 2018-09-20.

Aradım bir şəhlagözün qəlbini,
Hər yaman, yaxşıya düz ki, düz dedi.
Qəlbimə xoş ilham sandım onu mən,
Oxşayıb çox məni qara göz dedi.

Baş açmadım fitnəsindən, felindən,
Eşqin camın alıb içdim əlindən.
İncimədim nə də şirin dilindən,
Axır zaman məndən əlin üz, – dedi.

Oynatdı könlümü, atdı ilqarı,
Könül aşinası etdi yadları.
Söndürüb alovlu bir gənc vüqarı,
Yenə üzə gülüb şirin söz dedi.

Hər əmələ, hər sevdaya baş əydi,
Onunu ötürdü, on beşə dəydi.
Deyəndə ki, gözəl, gəl pozma əhdi,
Mənimlə çox durma üzbəüz, – dedi.

Aldandım əzəldən, bilmirəm nədən,
Pəri donu geymiş bu şahmara mən.
Utanmadı, mən üz döndərən zaman,
Məmmədhüseyn: – Əhdə düzəm, düz, – dedi.