Dedi (Ərzurumlu Əmrah)
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın. |
Dedi (Ərzurumlu Əmrah) Müəllif: Ərzurumlu Əmrah |
Mənbə: Anar. Min beş yüz ilin oğuz şeri. Antologiya, I kitab (az.). Bakı: "Azərbaycan". 1999. 2017-07-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-07-08. |
Bu gün dörd gözəlin seyrinə vardım,
Biri: Gelmə - dedi, biri: Gəl - dedi.
Dedim: Aşiq olub sizə dəmadəm,
Biri: Çalma - dedi, biri: Çal - dedi.
Birisinin adı Ayşədir, Ayşə,
İkisinin adı Nərgiz, Benövşə.
Biri dedi: Gəlin, salax atəşə,
Biri: Salma - dedi, biri: Sal - dedi.
Səfil Əmrah deyən Burda qalayım,
Bu fəna dərdimə dərman bulayım,
Hər yanaqdan bir cüt busə alayım,
Biri: Alma - dedi, biri: Al - dedi.