Dedim: - Bu qönçələr ağzın sözün pünhan edənlərdir

Dedim
Müəllif: Novruz Ağayev


Dedim: - Bu qönçələr ağzın sözün pünhan edənlərdir,
Gülüb, varın - dedi - yox, qönçə bağrın qan edənlərdir.

Görüb xalın səpəndasa çıxar əflaka fəryadım,
Sənintək atəşinrulər məni suzan edənlərdir.

Görüb zühhadın əfalın qəbuli-qövl edib durma,
Özişt əxlaqlər insanlığı suhan edənlərdir.

Təəccüb etmə rüxsarın görüb şəkkər ləbin sorsam,
Səbəb ayinəyi-tutisifət heyran edənlərdir.

Sürahitək əyağ öpmək işim meyxanə küncündə,
Şərabsa ləbin həsrətləri tüğyan edənlərdir.

Məramım məqsəd hasil eyləməkdir xubrulərdən,
Hübubasa gözəllər dil evin viran edənlərdir.

Çıxıb Neyyir, Müniri, Müştəri, Azərfəşan, Vahid
Cəhanı beş həvasilə bu gün rəxşan edənlərdir.