Dedim mərqum edəm ol yarə kağız

Dedim mərqum edəm ol yarə kağız
Müəllif: Mir Mehdi Xəzani
Mənbə: Tərtib edəni: Zaman Əsgərli. "XIX əsr Azərbaycan şeiri antologiyası" (PDF). Milli Kitabxana (az.). "Şərq-Qərb". 2005. 2016-03-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-08-13.

Dedim mərqum edəm ol yarə kağız,
Mənə bəlkə qıla bir carə kağız.
 
Səvadi-ceşmim ilə namə yazdım,
Baxa ta ol gulruxsarə kağız.
 
Yazıb bu kağızı, qıldım həsədlər
Ki, məndən tez yetər didarə kağız.
 
Dilərsən rəf ola bu intizarım,
Yazıb tərsim qıl həmvarə kağız.
 
Əcayib ncməti-biintəhadır,
Gələ dildardan dildarə kağız.

Nə muddətdir o dilbərdən yetişməz
Xəzani, xəstəvu bimarə kağız.