Dedin, nə dedi (Qasım bəy Zakir)

Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
"Badi-səba,mənim dərdi dilimi"
Müəllif: Qasım bəy Zakir(10cu sinif ədəbiyyat dərsliyindən)

Badi-səba, mənim dərdi-dilimi
Ol büti-zibayə dedin, nə dedi?
Ahü-naləm asimana yetdiyin
Gərdəni minayə dedin, nə dedi?

Düşüb ayağına sən o zalımın,
Söylədinmi necəliyin halımın?
Onun həsrətindən rəngi-alımın,
Döndüyün heyvayə dedin, nə dedi?

Görsə idin, varmı məni bimarə,
Nüsxeyi-hüsnündə onun bir çarə;
Dildə iztirabə, təndə buxarə,
Sərimdə sevdayə dedin, nə dedi?

Qəm əlindən payi-bəstə olduğum,
Hal pərişan, dil şikəstə olduğum,
Bəstəri-möhnətdə xəstə olduğum,
Gözləri şəhlayə dedin, nə dedi?

Sərasər fələyin şəmsü mahına,
Tamam yer üzünün qibləgahına,
Zakirin əhvalın xublar şahına
Ağlaya-ağlaya dedin, nə dedi?