Dedin, nə dedi (Varxiyanlı Aşıq Məhəmməd)
Dedin, nə dedi Müəllif: Varxiyanlı Aşıq Məhəmməd |
Mənbə: Azərbaycan aşıq şeirindən seçmələr, İki cilddə, I cild. Bakı, "Şərq-Qərb", 2005. ISBN 9952-418-41-5 |
Mən səni göndərdim salam duayla,
Ərzi-halım yara dedin, nə dedi?
Ömrüm qara keçdi, yenə ah-vayla,
Çəkən intizara dedin, nə dedi?
Özü əl çəkmədi zövqü-səfadan,
Mən də qurtulmadım cövrü-cəfadan,
Bəs nə üçün döndü əhdi-vəfadan?
Sən o biilqara dedin, nə dedi?
Məhəmmədəm, dərdə çarə bilməsə,
Ağlar ikən didəm yaşm silməsə,
Mən də ölləm yardan dərman gəlməsə,
Bəs dərdimə çarə dedin, nə dedi?