Degilsən çoxdan, ey gərdun, cahan seyrində yoldaşım
Degilsən çoxdan, ey gərdun, cahan seyrində yoldaşım Müəllif: Məhəmməd Füzuli |
Degilsən çoxdan, ey gərdun, cahan seyrində yoldaşım,
Nola xəm olsa qəddin, səndən artıqdır mənim yaşım.
Tərazuyi-əyari-möhnətəm bazari-eşq içrə,
Gözüm hər dəm dolub, min daşə hər saət dəgər başım.
Sirişkim al, bağrım parə, bir kuhi-bəlayəm kim,
Həmişə laləvü ləl ilə rəngindir içim, daşım.
Mənə manənd bir divanə surət bağlamaz, guya,
Qələm sındırdı təsvirim çəkəndən sonra nəqqaşım.
Füzuli, xazini-gənci-vəfayəm, ol səbəbdəndir,
Gühərlər tökdü israf ilə bu çeşmi-gühərpaşım.