Deginən (Xəyyat Mirzə)

Deginən
Müəllif: Xəyyat Mirzə
Mənbə: "Seçmə aşıq şeirləri. 3 cilddə. I cild" (PDF) (az.). DGTYB. 2011. 2016-04-01 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-08-11.

Ana, sənə bir söz deyim,
Sən də o yara deginən.
Çox çəkirəm intizarın,
Sinəm sədparə, deginən.

Öpmədim onun üzündən,
Doymadım ala gözündən.
Namərd, hərcayı sözündən
Uymasın sara, deginən.

Yazıq Mirzə mükərrəri,
Yazıb doldurub dəftəri.
Bülbülü güldən ötəri
Çəkirlər dara, deginən.