Demə, zahida, sərgüzəşti-behişt

Demə, zahida, sərgüzəşti-behişt
Müəllif: Əbülhəsən Raci

Demə, zahida, sərgüzəşti-behişt,
Yoxumdur mənim meyli-gəşti-behişt.

Büküb qəddimi eşq ilə bari-qəm,
Qəmindən iki aləmin fariqəm.

Dilü din ver müşkbu kakilə,
Mənim tək ol aşüftə bu kakilə.

Gəl, ey aşiqin atəşə yanduran,
Məni yana-yana qoyub yan duran.

Nədir, ey səhiqəd günahım mənim,
Keçər ərşdən hər gün ahım mənim.

Sən oyna gecə rudü şətrənc ilə,
Töküm mən yüzə rud şətrənc ilə.

Rəvadır qalım mən şəbi-tar ilə,
Keçir sübhə tək sən şəbi tar ilə.

Sipahi-qəm aldı, aman, dövrəmi,
Tamam eylə, ey saqi, can dövrəmi.

Dolub dərd ilə meysərd meymənə,
Sınıq qəlbə bax, vergilən mey mənə.

Yazın bu sözü səngi-mərmərdə siz,
Qoyun fərq namərd ilə mərdə siz.

Açıbdır qərənfil, güli-yasəmən,
Güli-yas tək batmışam yasə mən.

Könül şəmi-ruyində pərvanədir,
Ona suzdən xövfü pərva nədir.

Səninlə böylə oldu cism, ey sənəm,
Həqiqətlə baxsan əgər mən sənəm.

Bilərsən əgər baxsan ayinəyə,
Sənə oxşadır xəlq ayi nəyә?

Məni aqibət öldürür dər diyar,
Xədəngi-cəfayə məni dərdi-yar.

Könül şişəsin sındırıb səng ilə,
Genə səngdil eylisən sən gilə.

Harayım çıxar ərşə hər gün, hər ay,
Yetiş, ey sitəmgər, hərayə həray.

Sənə Raci, ey hur, ta bəndədir,
Həmişə üzün nuru tabəndədir.

Çıxarmaz səni yaddan mah, sal,
Onu sən də bir yadə, ey mah, sal!