Denir
Müəllif: Çıldırlı Aşıq İrfani
Mənbə: Əli Şamil. Çıldırlı Aşıq İrfani (şеirləri, haqqındakı dastan-rəvayətlər), Bаkı, “Еlm vә tәhsil” nәşriyyatı, 2016

Aşikar cismim yaşı misal-ı Ceyhun,
Haldan bilәn yara arifan denir.
Bir saçı leylaya olmuşam mәftun,
Sevda çәkmәyәnә fakılan denir.

Ağladır yarını, kәndisi gülmәz,
Gәlmәmiş başına sevdayı bilmәz,
Rәhmi yox, aşığa ihmaya gәlmәz,
Böylә bivәfaya mihriban denir,

Ağlın olsa İrfaniyә gülmәzsәn,
Aşınalıq nәdir onu bilmәzsәn,
Mәrhәmәtsiz, sәn imana gәlmәzsin,
Buna Türkman denmәz, “tәrk-imran” denir.