Deyək ki, qəlbimiz təmiz deyildir
Deyək ki, qəlbimiz təmiz deyildir Müəllif: Xaqani Şirvani Tərcümə edən: Maarif Soltan |
Mənbə: Xaqani Şirvani. Seçilmiş əsərləri. Bakı, "Lider nəşriyyat", 2004. |
Deyək ki, qəlbimiz təmiz deyildir,
Adımız təmizdir axı dünyada.
Kobud bir axmaqla bəhs edəndə mən,
Susub hörmət etdim bu təmiz ada.
Dünyada əcayib şeylər çox olar,
Bəzən qurşun verir almazı bada.