Deyiləm (Aşıq Abbas Tufarqanlı)
Deyiləm Müəllif: Aşıq Abbas Tufarqanlı |
Mənbə: Azərbaycan aşıq şeirindən seçmələr, İki cilddə, I cild. Bakı, "Şərq-Qərb", 2005. ISBN 9952-418-41-5 |
Nə baxırsan gözü qanlı haramı?
Sən deyən günahkar ha mən deyiləm!
Hər şəhərin bir adı, bir sanı var,
Mən Misir şəhriyəm, Yəmən deyiləm!
Yarm qapısmda yüz qan eylədim,
Əl uzatdım, çəkdim, üz qan eylədim,
Bir könülə dəydim, yüz qan eylədim,
Daha bir kəsinən yaman deyiləm.
Abbas ağlar, libasmı soydular,
Zülm eyləyib qönçə gülün dərdilər,
Hərcayılar qaş oynadıb güldülər,
Eylə deyil yarım, həmən deyiləm!