Deyin görək, kimdir insanların düşməni?

Deyin görək, kimdir insanların düşməni?! (1993)
Müəllif: RAUF CAVAD

Deyin görək, kimdir insanların düşməni?!
Bilən var, kimdir bütün xalqların düşməni!?

Kim insanları bir-birinə düşmən edir?!
Kim bu xalqları bir-birinə düşmən seçir?!
Kimdir günahkar bu dünyada, insanlarmı!?
Kimdir günahkar olanlara, şeytanlarmı!?
Yoxsa Hökümətlərdi, canların düşməni?!

Niyə bu dünya boyanır insan qanına?!
Niyə bu zülmlər olunur insan canına?!
Bəlkə səbəbdir ölümlər var toplamağa!?
Bəlkə oyunlardı qurulub oynamağa!?
Axı kimdir tökülən qanların düşməni?!

Nədir zalımların məzlumlardan istəyi?!
Nədir padşahların yazıqlardan diləyi?!
Əcaba məqsəd ümidləri qorxutmaqdır!?
Əcaba niyyət xəstəliyə yolxutmaqdır!?
Bilməm bəlkə də xalqdır xanların düşməni?!

Kimə lazım vətən, yalnız kasıblaramı?!
Kimə yazaq dərdimizi, kitablaramı?!
Nə deyək, cavab yoxdur, susub oturaqmı!?
Nə edək, ölmü gözləyib, təslim olaqmı!?
Yox, məncə bizik günahkarların düşməni?!

Heç düşündünüzmü öz gələcəyinizi?!
Heç puç etdinizmi söz verəcəyinizi?!
Unutduq yəni biz hardan gəldiyimizi!?
Unutduq Həqqi o yəqin bildiyimizi!?
Rauf səncə kim bu sualların düşməni?!