Deyirəm (qoşma, Aşıq Alı)
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın. |
Deyirəm Müəllif: Aşıq Alı |
Mənim dostum, keçən günü yada sal,
Sən gəlginən bizim elə deyirəm.
Bir gün olar tərəqqidən düşərsən,
Uğrayarsan tənəzzülə deyirəm.
Gedər cavanlığın, düşkün olarsan,
Tayından-tuşundan seçkin olarsan,
Lalə kimi səhralarda qalarsan,
Eşit nəsihətim, üzə deyirəm.
Alının yanında heç olmaz sözün,
Cırılar ipəyin, tərk olar bezin,
Daldadan baxmaqdan soğular gözün,
Yandırma kababı, közə deyirəm.