Deyirlər, aləmdə ən Gözəli sevgi-məhəbbətdir
Deyirlər, aləmdə ən Gözəli sevgi-məhəbbətdir! (1994) Müəllif: RAUF CAVAD |
Deyirlər, aləmdə ən Gözəli sevgi-məhəbbətdir!
Gözəlliyi hər şeyə bəxş edən hikmət-Ədalətdir!
Bəs niyə gözlər görmür sirri? Eşqin gizli, Gözəlim?
Səndən savayı kim sevir hər gözəli, qəbahətdir?
Hara baxsam hər yerdə təzahür eyləmisən əksin,
Hər gövhərin sevgi mənbəyi eşqin ilə söhbətdir.
Güli-reyhan ruhi-zinyət, Arif Hikmət sözə heyran,
Nura qərq olan hüsnü-camalın Aşiqə sərvətdir!
Aləmə can verən qüdrət, həyatın başlanğıcı Sən,
Əvvəl-axır, sonun yoxluq, nurun varlıq, var-dövlətdir.
Bilmək kifayət deyil ki, bilən varsa söz qiymətin,
Xeyir deyilən hər işin ismi Sən, tək həqiqətdir.
Həyatın sirr mənası Adəmi-Həvva, kim bu Məcnun?
Əzəli-əbədi Əslin Kərəm, Leylan, xoş surətdir.
Ən Gözəli sevər Rauf, qucaqlar Şirin söz-eşqi,
SənSən sevgi səhnəsi, əsərdə Fərhad göz-diqqətdir!
...Müəllif:Rauf Cavad