Didəbanam rəhguzari-şahı gozlər gozlərim
Didəbanam rəhguzari-şahı gozlər gozlərim Müəllif: Mir Həmzə Nigari |
Mənbə: XIX əsr Azərbaycan şeiri antologiyası, Bakı, "Şərq-Qərb", 2005. |
Didəbanam rəhguzari-şahı gozlər gozlərim,
Baqmazam qeyri yola, şəhrahi gozlər gozlərim.
Seyr qılam kubəku, avaz verəm babi-bab,
Barigəhi bəklərəm, dərgahi gozlər gozlərim.
Vaqifi-yarəm, vəlakin bixəbər əğyardən,
Qafilə goz verməzəm, agahi gozlər gozlərim.
Zərrə mənzurim dəgil, dunya və mafiha, vəli
Aləmi-dareyndə bir mahi gozlər gozlərim.
Soyləmə sərbəstə, ey Seyid Nigari, aşikar
Soyləsə kim, bir kərə, Allahı gozlər gozlərim.