Dil saçından oldu sevdayi mizac
Dil saçından oldu sevdayi mizac Müəllif: Həbibi |
Mənbə: Həbibi. "Şeirlər" (PDF) (az.). "Şərq-Qərb". 2006. 2017-04-27 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-04-27. |
Dil saçından oldu sevdayi mizac,
Cana, şirin ləblərindən et əlac.
Eyni candır əllərindən zəhri-nab,
Sənsiz abi-zindəgi milhi-ücac.
Ənbəri-sara saçından oldu xak,
Nafeyi-Çin necəsi bula rəvac.
Hüsnünin razın necə saxlaya dil,
Gizləmək mümkünmi misbahi zücac.
Cövhərindən xaki-pakin, ey sənəm,
Erişən baş olmadı möhtaci-tac.
Bu Həbibi dünyəvü üqbadə bəs
Həsrətindən qeyrə etməz ehtiyac.
Olmadan bu badü atəş xakimiz,
Mahi-mehrinlə bulaydı imtizac.