Dilbǝra, eşqin tǝnimdǝ sevgili candır mana
Dilbarə, eşqin tənimdə sevgili candır mana Müəllif: Şah İsmayıl Xətai |
Dilbǝra, eşqin tǝnimdǝ sevgili candır mana,
Pǝrtövi-mehri-rüxun xurşidi-tabandır mana.
Dǝrdi-hicrindǝn sǝnin hǝrgiz şikayǝt qılmazam,
Heç ǝlac etmǝn tǝlǝb, neyçün ki, dǝrmandır mana.
Asitanın xakini vermǝn cǝmii-alǝmǝ,
Hǝr ayağın torpağı mülki-Süleymandır mana.
Ta cǝmalın müshǝfin gördüm, ǝya nuri-ilah,
Zikri-eşqin dildǝ daim, virdi-Qurandır mana.
Ey Xǝtai, xubların cövri vǝfadır aşiqǝ,
Firqǝti, hicri nigarın lütfü ehsandır mana.