Dilim (Şair Məmmədhüseyn)
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın. |
Dilim (Şair Məmmədhüseyn) Müəllif: Şair Məmmədhüseyn |
Mənbə: Şair Məmmədhüseyn. "Nur çeşməsi" (PDF) (az.). Elm və təhsil. 2018. İstifadə tarixi: 2018-09-20. |
Bir yerə düşəndə anla yerini,
Gətirmə başıma bəlanı, dilim.
Doğru söylə, düz danışıb ad qazan,
Tanıtma özünə yalanı, dilim.
Ədəb gözlə, nəzakətin var olsun,
Düzlük sənə ömür boyu yar olsun.
Nə yersiz et, nə desinlər ar olsun,
Artırma, ərz eylə olanı, dilim.
Məmmədhüseyni yaman etmə arada,
Əskik olmaz yaman kəsdən heç qada.
Axır bu yaşımda verərsən bada,
Dindir xoş kəlamı olanı, dilim.