Dinü millətdən keçər eşq əsərini tuyan
Dinü millətdən keçər eşq əsərini tuyan Müəllif: Yunus Əmrə |
Mənbə: Yunus Əmrə. Əsərləri (PDF) (az.). "Öndər". 2004. ISBN 9952-416-00-7. 2017-05-25 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-05-25. |
Dinü millətdən keçər eşq əsərini tuyan,
Məzhəbii din mi bilür kəndözin yoğa sayan?!
Eşq kimə irdiyisə kendüdən ğeyri qomaz,
Eşqdən zərrə aynimaz kendüligindən tuyan.
Uçmaqdan umusı yoq, tamudan qorqusı yoq,
Kəndözin yavı qılub xeyrü şer əldən qoyan.
Ol benem dersə, rəva bənligin bilsə xəta,
Tərk eyleyübən riza, əql qoyub eşqə uyan.
Eşq əhlini sorarsan ne məzhəb, nə millətdir,
Yolda qalandur, saqın, gecə vü gündüz sayan.
Küfrü iman ol yolda assı, ziyana keçməz,
Assı, ziyandan fariğ varlığı lövhin yuyan.
Yunus, sən seni gedər, hər nedərsə dost edər,
Əczüni bil, əbsəm ol, var eşq rənginə boyan.