Din-həqq-ədalət nədir? Sülh-barış-qanun amandır?

Din-həqq-ədalət nədir?! Sülh-barış-qanun amandır?! (1994)
Müəllif: RAUF CAVAD

Din-həqq-ədalət nədir?! Sülh-barış-qanun amandır?!
Din türkcə həqq-ədalət, sülh-barış-qanun dərmandır!

Dinin tək məqsədi, öyrətməkdir xilqətə qanun,
Məxluqun mərifəti, ədaləti düz qanandır!

Din böyük bir yol, gəl gerçəyi gör, anla, insan ol,
Ədalətli ol! Çün həyat qısa bir gün, bir andır!

Boşluq içində yoxluq, sonluq üçün ölüm ağ don,
Diqqətli ol! Verilən ömür bir həyat, bir candır!

Dini adi bir-tək söz bilməkdədir küt cahillik,
Kim qanunu bilsə ədalətsiz, dini yalandır!

Nadanlıq, Şeytan yolunu getməkdədi qanunsuz,
İblis edər həqiqətə nifrət, nəfsi ilandır!

İnsanın tək xilası, dini öyrənməkdi gözəl,
Dini inqilabı kim dərk etsə o kəs insandır!

Din, insanın canlı vicdanı, Rauf, insafıdır,
Din sənin sevgili dostun! Qəflətdən oyadandır!
              ...Müəllif:Rauf Cavad