Dirlik necə idügin aydayın qıldan qıla
Dirlik necə idügin aydayın qıldan qıla Müəllif: Yunus Əmrə |
Mənbə: Yunus Əmrə. Əsərləri (PDF) (az.). "Öndər". 2004. ISBN 9952-416-00-7. 2017-05-25 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-05-25. |
Dirlik necə idügin aydayın qıldan qıla,
İraqa vü yaqına, həm xasü ama bilə.
Xasü am cümlə asi, dost qulıdur cümləsi,
Qullar yol verməyiser şahı kim göri bilə?!
Qissəm uzundur bənüm„ nete dükədi biləm,
Qanğı bir əksüklügüm gətüri biləm dilə?
Sənlik-bənlik olıcaq ikilik ilə qalur,
İkilik tutan könül qaçan bir dürlü bula?!.
Dosta get, anun yolı könüllər içrə gedər,
Bu xəlq ilə irmədin girüb görgil könülə.
Yetmiş iki millətin ayağın öpmək gərək,
Anun içün me’şuqə cümlə millətdə bilə.
Andan gerü dost ile bilməzəm nolasını,
Şimdiyə degin ömrüm keçdi yoq sevdayilə.
Gerçək dostı sevənlər unutdılar kəndözin,
Qanda varurlar isə iltürlər bəni bilə.
Gər aşiq isən, Yunus, vüslət bulaydın bu gün,
Eşq necə qərar qılsun yarınki və’dəyilə?!