Diyari-eşqə sultanəm, dila mən də zəmanimdə

Diyari-eşqə sultanəm, dila mən də zəmanimdə
Müəllif: Şah İsmayıl Xətai
Mənbə: Anar. Min beş yüz ilin oğuz şeri. Antologiya, I kitab (az.). Bakı: "Azərbaycan". 1999. 2017-07-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-07-08.

Diyari-eşqə sultanəm, dila mən də zəmanimdə,
Vəzirimdir ğəmü ğüssə oturmuş iki yanimdə.

Ferağü atəşü dərdü ələmlər bağnmı yaxdi,
İlikler qarə su oldu, əridi üstixanimdə.

Mən ol canbazi-sərbazəm, fələk fövqindədir darim,
Neçə Həllac Mənsuri yürütdüm risimanimdə.

Mən ol şəhbazi-kuhsarəm, baş əyməm qülleyi-Qafe,
Neçə enqa kimi yavnı uçurdum aşiyanimdə.

Həmən əl arxası yerdə, cahamn padişahidir,
Xötai həp keçən sərdən, qədəm qoyan nişanım ə.