Dodağın qǝnd imiş, bal onda neylǝr?

Dodağın qənd imiş, bal onda neylər
Müəllif: Şah İsmayıl Xətai



Dodağın qǝnd imiş, bal onda neylǝr?
Nǝ nazik xǝtt imiş, xal onda neylǝr?

Əlifǝ nisbǝt etdim qǝddü dalın,
Əlif üstǝ, ǝlif, dal onda neylǝr?

O zahid geydiyi sufü sütürlat,
Fǝqirin geydiyi şal onda neylǝr?

Kimi kim, mali-mülki gǝnci yoxdur,
Geniç mülk olmayan mal, onda neylǝr?

Xǝtai qal evindǝn halǝ yetdi,
Bu bir hal evidir, qal onda neylǝr?