Dolana-dolana (Ağ Aşıq Allahverdi)

Dolana-dolana (Ağ Aşıq Allahverdi)
Müəllif: Ağ Aşıq Allahverdi
Mənbə: Niftalı Göyçəli (2017). "Göyçə ustadları" (antologiya), I hissə. (az). Bakı: "Elm və təhsil". ISBN 978-9952-8176-1-2. 2017-11-23 tarixində arxivləşdirilib. 2017-11-23 tarixində istifadə olunub.

Dağlar, səndən duman qalxar,
Çərxə dolana-dolana.
Göy guruldar, şimşək çaxar,
Çərxə dolana-dolana.

Tər çiçəklər ilməyindi,
Nərgiz-çəmən köynəyindi.
Duman çalman –diləyindi,
Çərxə dolana-dolana.

Ağ Aşıq tək havalısan,
El-obanın cəlalısan,
Bahar fəsli davalısan,
Çərxə dolana-dolana.