Dolana bilməzsən
Dolana bilməzsən Müəllif: Aşıq İdris |
Aşıqsan dədə tək dillən, söhbət aç,
Könül bulandırıb qatma aranı.
Kükrəmə boş yerə yaydı, ay kişi,
Tökmə başımıza qarı, boranı.
Saza heyfin gəlsin, sözə fikir ver,
Ayağın altından niyə qaçır yer?
Səninki odur ki, yıx, dağıt, devir,
Cəmləşdir əlində pulu-paranı.
Belə aşıq olmaz eldə-obada,
İnsafı mürvəti veribsən bada.
İdrislə öcəşmə, deyilsən xata,
Dolana bilməzsən dağı-aranı.