Dolandırır (Ay ağalar, gəlin sizə söyləyim)

Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Dolandırır
Müəllif: Aşıq Alı
Mənbə: Azərbaycan aşıq şeirindən seçmələr, İki cilddə, I cild. Bakı, "Şərq-Qərb", 2005. ISBN 9952-418-41-5

Ay ağalar, gəlin sizə söyləyim,
Dövlətli malını, əl dolandırır.
Kəsilibdi hörmət, yoxdu məhəbbət,
Yəqin bu dünyanı pul dolandırır.

Bu dünyanın şərabından içməyən,
Karvan olub, Haqq yolundan keçməyən,
Evdə arvadına sözü keçməyən,
İndi koxa olub, el dolandırır.

Aşıq Alı deyər, halım pərişan,
Ağ üzündə qoşa xallar hər nişan,
Binamus qohumdan, namuslu düşman,
Öldürsə, qəbrimə gül dolandırır.