Dolandırır (Hər yetən hərcayı deyir aşığam)
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın. |
Dolandırır Müəllif: Aşıq Alı |
Mənbə: Niftalı Göyçəli. "Göyçə ustadları" (antologiya), I hissə (PDF) (az.). Bakı: "Elm və təhsil". 2017. ISBN 978-9952-8176-1-2. 2017-11-23 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-11-23. |
Hər yetən hərcayı deyir aşığam,
Setaiyə simi tel dolandırır.
Adam var başını saxlaya bilmir,
Mahalda camaat, el dolandırır.
Adam var ki, fikir, zikir eyləyir,
Adam var ki, haqqa şükür eyləyir,
Adam var ki, hiylə, məkr eyləyir,
Aralıqda fitnə, fel dolandırır.
Aşıq Alı şər işlərdən qaçqındı,
Adam var ki, səxavətdə daşqındı,
Adam var ki, çörək versə, çaşqındı,
Dalınca gözündə sel dolandırır.
Ədəbiyyat
redaktə- “Kommunizm yolu” qəzeti, Bərdə, 14 iyul 1983-cü il.